Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 11 üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən verilən bəyanatda PKK/YPG terrorçularının Tel Rıfatdan Öncüpınar sərhəd məntəqəsinə raket hücumu təşkil etdiyi bildirilib.
Türkiye Silahlı Qüvvələrinin bölmələrində itki olmadığı, özünümüdafiə çərçivəsində müəyyən edilmiş terror hədəflərin güclü şəkildə vurulduğu qeyd edilib.
Bəyanatda deyilir: "Terror təşkilatına məxsus hədəflərə ağır zərbələr endirilib, nəticədə 11 terrorçu zərərsizləşdirilib. Terror hücumlarına lazımi cavabı verdik, verəcəyik''.
trt