Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdən göndərilən külli miqdarda narkotikin ölkə ərazisində satışını təşkil etməli olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov Masallı rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı ona məxsus torbadan ayrı-ayrı bükümlərdə 15 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin narkotik vasitənin ona satışı təşkil etməsi üçün xaricdə yaşayan narkotacir tərəfindən göndərildiyi müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayonun Banbaşı kənd sakini Şahin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN