Rusiya prezidenti Vladimir Putin baş nazir Mixail Mişustini yeni regionlarda həyat səviyyəsinin yaxşılaşdırılması üçün qərarların qəbulunu sürətləndirməyə çağırıb. Dövlət başçısının hökumət üzvləri ilə görüşündə tikinti və mənzil-kommunal təsərrüfatı naziri İrek Fayzulin yeni ərazilərdə görülən işlər barədə məlumat verib.
Hesabatı dinlədikdən sonra prezident Nazirlər Kabinetinin rəhbərinin diqqətini LPR, DXR, Xerson və Zaporojye vilayətlərində planlaşdırılan bir sıra tədbirlərə cəlb edib.
"Bütün vasitələr nəzərdə tutulub. Mən xahiş edərdim ki, texniki qərarların qəbulu sürətləndirilsin ki, bu işə mümkün qədər tez başlansın. Bu gün artıq yanvarın 24-dür", - dövlət başçısı hökumət üzvləri ilə görüşündə deyib.
Mişustinə müraciət edən Putin əlavə edib ki, onunla bu məsələni yenidən müzakirə edəcək.
"Bəli, qəbul olundu", - baş nazir əlavə edib.
E.ŞİRİNOV