Ukrayna Bayraktar pilotsuz uçan aparatlarının istehsalı üçün zavodun tikintisinə başlamağa hazırdır.

Tezadlar.az xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, hazırda bütün hüquqi baza formalaşıb və gələcək müəssisənin layihəsi tamamlanıb.

"Bütün hüquqi baza formalaşıb, bildiyiniz kimi, müvafiq beynəlxalq müqavilə artıq ratifikasiya olunub, hazırda Ukraynada fəaliyyət göstərən şirkət var, o, fiziki layihənin hazırlanmasını başa çatdırıb", - Bodnar bildirib.

Səfirin sözlərinə görə, zavodun iki il ərzində fəaliyyətə başlaması planlaşdırılır.

"Biz zavodun yaxın iki il ərzində işə başlamasını və Ukrayna komponentləri ilə məhsullar istehsal etməyə başlamasını gözləyirik", - diplomat bildirib.

O, həmçinin Baykar tərəfindən hazırlanmış Ukrayna mühərrikli pilotsuz qırıcı "Kızılelma"nın ikinci uçuş sınağından uğurla keçdiyini xatırladıb.

"Bu, bizim nə qədər sıx əməkdaşlıq etdiyimizə və konkret nəticələrə, o cümlədən Ukraynanın təhlükəsizliyinin gələcəkdə möhkəmləndirilməsinə dair sübutdur", - səfir bildirib.

Kənan ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN