“Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Xankəndi-Laçın yolu ilə sərbəst şəkildə hərəkət edir”.

Bunu "Report"a açıqlamasında Azərbaycanın Rus İcmasının üzvü, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova deyib. Onun sözlərinə görə, aksiyanın keçirildiyi yerdə çox mehriban ab-hava hökm sürür və yolun blokadaya alınmasından söhbət gedə bilməz. "Artıq bir neçə gündür ki, buradayıq. Tələbimiz ekoloji terrora son qoymaqdır ki, Azərbaycanın ekologiyasına zərər dəyməsin", - o bildirib. R.Kovalyova gələcəkdə bacısı ilə birlikdə Qarabağda atası, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun şərəfinə ağac əkməyi planlaşdırdığını vurğulayıb: "Bu ağacı təkcə övladlarımız deyil, nəvələrimiz də görəcək. Biz Qarabağımızı mütləq yaşıllaşdıracağıq ", - R.Kovalyova fikrini tamamlayıb. 

Xankəndi-Laçın yolunda etiraz aksiyası 54-cü gündür ki, davam edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN