Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları nəticəsində müxtəlif bölgələrdə səkkiz mindən çox insan xilas edilib.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir.
O əlavə edib ki, uçan binaların sayı 5775 olub. Bundan əlavə, Hatay, Kahramanmaraş və Adıyaman bölgələrinə avtomobillərin girişi hələlik dayandırılıb. İstisna fəlakətlə bağlı malları çatdıranlardır.
Son məlumatlara görə, fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində 3419 nəfər ölüb. 20 mindən çox yaralı var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq fevralın 12-dək ümummilli matəm həftəsi elan edib.
7,8 bal gücündə - 1939-cu ildən bəri ölkədə ən güclü təkanlar səhər saat dörddə başlayıb. Bir neçə saat sonra Türkiyənin mərkəzi hissəsində 7,7 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
E.ŞİRİNOV