Türkiyə Kahramanmaraşda da daxil, ölkənin bir sıra bölgəsini əhatə etmiş və 13,5 milyon vətəndaşın həyatına bu və ya digər formada təsir göstərmiş dağıdıcı zəlzələnin ağrılarını yaşamaqdadır...
Tezadlar.az "Haber-Türk"ə istinadla bildirir ki, dünyanın 70-ə yaxın ölkəsindən zəlzələ bölgəsinə yardımlar daxil olmaqdadır. Bir ölkələr isə bölgəyə xilasedicilər göndərib. Bu dəqiqələrədək zəlzələ dağıntıları altından 6 minə yaxın insanın cəsədi çıxarılıb, 35 min nəfərdən çox yaralı var. Eləcə də zəlzələdən sonra 5 775 bina dağılıb. Fevralın 6-da gecə saatlarında baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə TV-lərində tanınmış tikinti mütəxəssislərinin müzakirələrindən isə məlum olurdu ki, dağıntılar daha çox yeni tikilmiş binalarda baş verib. Məsələn, Kahramanmaraşdan verilən görüntüləri müzakirə edən tanınmış mühəndislər beton arakəsmələrin normadan qat-qat zəif, istifadə edilən armaturların isə nazik olduğunu ciddiliyi ilə tənqid edirdilər.
Baş vermiş bu zəlzələ Azərbaycanda da tikinti sahəsindəki xaosun ciddi nəzarətə götürülməsini, göydələn yarışına girən sahibkarların məsuliyyətinin artırılmasını zəruri edir.
A.Məmmədli