Rusiya Xarici İşlər Nazirliyi Türkiyədəki dağıdıcı zəlzələ bölgəsində ola biləcək rusların taleyini öyrənmək üçün hər cür səy göstərəcək.
Tezadlar.az xəbər verir ki, bunu nazir müavini Aleksandr Qruşko deyib.
"Əlbəttə, biz zəlzələ zonasında rusların taleyinə aydınlıq gətirmək üçün hər şeyi edəcəyik", - o deyib.
Qruşko qeyd edib ki, Türkiyədə istirahət edən turistlərin əsas hissəsi təbii fəlakətdən zərər çəkməyən yerlərdə qalır. O, həmçinin xatırladıb ki, hazırda məlum olan bütün məlumatlar nazirliyin resurslarında yerləşdirilib.
"Vəziyyət və Böhran Departamenti işləyir, təbii ki, Türkiyədəki səfirlik və digər konsulluq idarələri tam şəkildə işə cəlb olunub, insanlarımız zəlzələ bölgəsindədir, xilasedicilərimizin işinə kömək edirlər. Qaynar xətt açılıb", - Qruşko əlavə edib.
E.ŞİRİNOV