...Səbr, təmkin və dözüm! Litva prezidenti olmuş Landsbergesin bir vaxtlar mənə yazdığı sözlərdir...
Evdə yanğın varsa, öncə yanğın söndürülür, sonra yanğının səbəbi araşdırılır. Türkiyənin 10 bölgəsində baş vermiş zəlzələ ilə bağlı Azərbaycandakı bəzi "zəlzələşünaslar" paylaşımlar edirlər. Paylaşımlarında indiki Türkiyə hakimiyyətini tənqid, bəzən də təhqir edirlər. Və bunların da çoxu antitürk əhvalında olan insanlardılar. Sanki bu insanlar özlərini hardasa ifadə etmək istəyirlər. Amma...
XXx
Türkiyənin ictimai-siyasi həyatını bu insanların hamısından yaxşı bilirəm. Bir necə ay öncə İstanbulda Türkiyənin əsas siyasi partiyalarının il başqanlıqlarında keçirdiyim görüşlərdə doğruları onlara da demişəm. Bölgəmizdə baş verən hadisələrə adi gözlə deyil, idrakın gözü ilə baxmaq lazımdır. Sənaye və müki tikintilər üzrə ali dərəcəli inşaat mühəndisiyəm. Zəlzələ ilə bağlı xüsusi kurs keçmişəm. Yazdıqlarım indiki Türkiyə iqtidarını müdafiə etmək məqsədi də güdmür. Yazılarımda sərt tənqidi mövqeyimi oxuya bilərsiniz. Amma mən Abil Ulusoyun Türkçülüyü-Millətçiliyi isə müzakirə mövzusu ola bilməz.
Ömrünün mənasını Millətində -Türkdə görən barmaq sayda insanlardan biriyəm.
Amma bəzi insanlardan İstəyim var: Türkiyə ilə bağlı paylaşımlarınızda sağlam duyğulu olun. Zaman o zaman deyil...
Necə deyərlər:
Ay daş atan baxtavar,
Daş atmağın vaxtı var!
Ulusumuz, Uluyurdumuz var olsun!
Abil Ulusoy