Bu gün İrkutsk vilayətinin Bolşoe Qoloustnoye kəndindən 18 km aralıda, Baykal gölündə 4,2 bal gücündə zəlzələ baş verib.
Tezadlar.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, yeraltı təkanlar episentrdə 5,9 bal, İrkutskda 3 bala qədər hiss olunub.
"İrkutsk vilayətində saat 10:35-də Baykal gölünün sularında, Bolşoy Qoloustnoyedən 18 km aralıda, episentrdə 5,9 bal gücündə seysmik hadisə qeydə alınıb. İrkutskda 3 bala qədər hiss olunub. Tələfat və dağıntı yoxdur. İnfrastruktur obyektləri normal işləyir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiyadakı Baykal gölü, eləcə də Monqolustandakı Xubsuqul gölü Monqolustandan Yakutiyaya qədər uzanan Baykal Rift zonasına aiddir. Bu ərazi yüksək seysmik aktivliklə səciyyələnir, çünki bu yerdə yer qabığı ayrılır.
E.ŞİRİNOV