Belarus prezidenti Aleksandr Lukaşenko sabah rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

Məlumata görə, Lukaşenko qarşıdakı görüşü xarici və milli KİV nümayəndələri ilə ünsiyyətdə olarkən elan edib. Lukaşenko Putinlə görüş mövzularını da açıqlayıb. Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov prezidentlərin mümkün görüşü barədə danışıb. O, xüsusilə qeyd edib ki, fevralın 5-də Putin və Lukaşenko arasında söhbət olub və bu söhbət zamanı digər məsələlərlə yanaşı, növbəti iki ay ərzində görüşmək barədə razılığa gəliblər. Daha sonra Belarus tərəfi məlumat verib ki, dövlət başçıları görüşün tarixini yaxın vaxtlarda təyin etmək barədə razılığa gəliblər. Aprel-may aylarında Rusiya və Belarus İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının da keçirilməsi nəzərdə tutulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN