Fevral ayının 23-də “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) sədri Tahir Xudiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Ağsaqqallar Şurasının üzvü Dilsuz İsmayılov və “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov

Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq yazıçısı, AYB-nın Birinci katibi və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədr müavini  Çingiz Abdullayevlə görüşmüşlər... Cəmiyyətdən "Təzadlar"a bildirilib ki, onlar XX əsrin ən böyük faciəsi sayılan Xocalı soyqırımının 31 illiyi ilə bağlı müzakirələr aparmışlar. Görüş iştirakçıları Xocalı faciəsini törətməklə ermənilərin xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin zəbt edilməsi ilə barışmağa məcbur etmək istəklərindən, lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun, birliyin nə olduğunu nümayiş etdirən xalqımızın Azərbaycanımızın suverenliyi və ərazi bütövlüyü uğrunda zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları və dəyanətləri ilə öz sözlərini dediklərini bildirmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məlahət Abdullayeva

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN