Rusiya, ehtimal ki, İranın kamikadze pilotsuz təyyarələrinin ehtiyatını tükəndirib, ona görə də onların yerini doldurmağın yollarını axtaracaq.
Bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən yazır. Məlumatda xatırladılır ki, təxminən 2023-cü il fevralın 15-dən Ukraynada İrana məxsus kamikadze pilotsuz uçan aparatların istifadəsi ilə bağlı heç bir məlumat yoxdur.
Bundan əvvəl Ukrayna silahlı qüvvələri 2023-cü il yanvarın sonundan fevralın əvvəlinə qədər ən azı 24 “Şahed-136” İHA-nın vurulduğunu bildirmişdi. İlin ilk bir neçə günündə onlarla daha çoxu məhv edilib.
“Bu silah hədəfləri məhv etməkdə yaxşı performans göstərməsə də, Rusiya yəqin ki, onu Ukraynanın hava hücumundan müdafiəsini daha effektiv Rusiya qanadlı raketlərindən yayındıra biləcək faydalı bir vasitə kimi görür”, - Britaniya kəşfiyyatı bildirib.
E.ŞİRİNOV