Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 2-də G20 Xarici İşlər Nazirləri Şurasının iclası zamanı bildirib ki, milli azlıqların hüquqları Kiyev rejimi tərəfindən Qərb ağalarının alqışları altında tapdalanıb. Rusiya XİN rəhbəri vurğulayıb ki, Rusiya BMT Nizamnaməsinin əsas prinsiplərində təcəssüm olunan dünya nizamına alternativ görmür.

"Biz onun əsas prinsiplərini - dövlətlərin suveren bərabərliyini, beynəlxalq müqavilələrə, o cümlədən milli azlıqların hüquqlarına dair ümumbəşəri konvensiyalara ciddi riayət olunmasını vurğulamaq istərdik ki, bu konvensiyalar Kiyev rejimi tərəfindən Qərb ağalarının alqışları altında tapdalanır", - Lavrov deyib.

O qeyd edib ki, Rusiya ardıcıl olaraq beynəlxalq hüququn məhv edilməsi və onun könüllü “qaydalar” və “ikili standartlar”la əvəzlənməsi cəhdlərinə qarşıdır.

Nazir qeyd edib ki, çoxmərkəzli dünyanın formalaşması üçün sivil müxtəlifliyi və maraqlara qarşılıqlı hörməti tanımaq lazımdır. Nazir ölkələri “qüsurlu hökmranlıq məntiqindən”, sanksiyalardan və diqtədən əl çəkməyə çağırıb.

Lavrov vurğulayıb ki, Rusiya Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikasında yeni təsir mərkəzlərinin meydana çıxmasını alqışlayır.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri fevralın 28-i axşam saatlarında Hindistana səfər edib. Lavrov G20 xarici işlər nazirlərinin martın 1-2-də keçiriləcək toplantısında iştirak edir. G20 nazirlərinin görüşü çərçivəsində Lavrovun Çin, Braziliya və Hindistandan olan həmkarları ilə görüşü planlaşdırılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN