"Twitter" istifadəçiləri Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın "NATO ölkələrinə gəlməsi" iddiası ilə ABŞ-ın oğul və qızlarını cəbhəyə göndərməli olacağı barədə bəyanatını pisləyib.

İstifadəçilər artıq Vaşinqtondan "yüz milyardlarla" pul alan siyasətçinin təhdidlərini tənqid ediblər.

Şərhçilərdən biri qeyd edib ki, "Zelenski bu cür bəyanatlarla çarəsizcə samandan yapışmağa çalışır".

"O, kimi hədələyir? ABŞ-dan yüz milyardlarla pul alır. O, daha çox tələb edir və hədələməyə cəsarət edir", - ikinci istifadəçi yazıb.

Digəri isə diqqəti NATO-dan alyansa daxil olmayan Ukraynaya silah tədarük etməməklə, münaqişədə vasitəçi kimi çıxış etməsinin tələb olunduğuna diqqət çəkib.

"O, üçüncü dünya müharibəsini açmaq istəyir, buna icazə verilə bilməz" deyə dördüncü istifadəçi yazıb.

Zelenskinin sözlərinə cavab olaraq konqresmen Marjorie Taylor Green deyib ki, ABŞ-da Ukraynanı qorumaq üçün övladının ölümünü istəməyən bir valideyn yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN