Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleksandr Rodnyanski bildirib ki, Ukrayna Silahlı Qüvvələri lazım gələrsə, strateji cəhətdən Baxmutdan geri çəkilməyə hazırdır.
O, həmçinin qeyd edib ki, şəhərdən geri çəkilmək qərarı hazırda şəhəri müdafiə edən hərbçilərdə qalacaq. Rodnyanski vurğulayıb ki, Rusiya Baxmutu mühasirəyə almaq üçün ən yaxşı halda Vaqner muzdlularından istifadə edir və Ukrayna Silahlı Qüvvələri bütün variantları ölçüb-biçməlidir. Müşavir əlavə edib ki, Ukrayna hərbçiləri Baxmutun qərbindəki ərazini möhkəmləndiriblər və geri çəkilmək heç də rus qoşunlarının sürətlə irəliləməsi demək deyil.
Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, Baxmut uğrunda döyüşlər 2022-ci ilin yayından davam edir. Vladimir Zelenski isə Kiyevin nəyin bahasına olursa olsun Baxmut uğrunda döyüşməyəcəyini söyləmişdi.
Beləliklə, Baxmutla bağlı suallar hələki qalır və cavabı Ukrayna döyüşçülərinin qərarından asılıdır.
A.Məmmədli