Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Tezadlar.az xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu dəfə məhkəmə iclası olmayıb. Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib ki, o, qərar barədə telefonla hakim köməkçisindən xəbər tutub.

"Yəni, Saakaşviliyə möhlət verməkdən elə möhlət verdilər ki, məhkəmə iclasları belə keçirilmədi. Gürcüstan hakimləri onların səriştəsiz olduqlarını təsdiq etdilər. Saakaşvili ədalətli məhkəmə araşdırması hüququndan məhrum edildi. O, həm də yaşamaq hüququndan məhrum edilib", - Xaçapuridze "Pirveli TV-yə bildirib.

Onun sözlərinə görə, indi Saakaşvilinin müdafiəsi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN