Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 45 min 968 nəfərə çatıb.

Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Bildirilib ki, həlak olanlardan 4 min 267 nəfəri suriyalı qaçqınlardır. Zəlzələdən sonra bölgədə 9470 afterşok qeydə alınıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN