FTX müstəntiqləri dövlətə xəyanətdə ittiham olunan Group-IB IT şirkətinin təsisçisi İlya Saçkovun işi üzrə istintaqı başa çatdırıblar.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Saçkovun işi üzrə ibtidai istintaq başa çatıb, ittiham aktının təsdiqi üçün Baş Prokurorluğa təqdim edilib", - agentliyin həmsöhbəti bildirib.

Saçkov dövlətə xəyanətdə təqsirli olduğunu, eləcə də xarici dövlətlərin kəşfiyyatı ilə əməkdaşlıq etdiyini etiraf etmir. Materiallarda “gizli” qeydi olduğundan, işin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Sahibkar həbsdədir.

2016-cı ildə Saçkov “Forbes” jurnalına görə, 30 yaşa qədər dünyanın ən uğurlu sahibkarları siyahısına daxil edilib. O, N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin İnformasiya təhlükəsizliyi kafedrasının dosenti, Dövlət Dumasının və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin ekspert komitələrinin üzvü olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN