ABŞ və onun beynəlxalq REPO işçi qrupundakı müttəfiqləri (Rusiya Elitaları, Proksilər və Oliqarxlar - sanksiyalar əsasında Rusiya ilə əlaqəli əmlakın axtarışı və həbsi ilə məşğul olan Qərbin çoxtərəfli qurumu) ötən il ərzində Rusiya vətəndaşlarının 58 milyard dollardan çox aktivlərini dondurub.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanan qrup nümayəndələrinin birgə bəyanatında deyilir.

Sənəddən belə çıxır ki, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından bir il sonra operativ qrup “çoxtərəfli koordinasiya ilə sanksiyalara məruz qalan ruslara görünməmiş təzyiq göstərib”. REPO işçi qrupunun üzvləri sanksiyaya məruz qalan rusiyalıların 58 milyard dollardan çox aktivlərini bloklayıb və ya dondurub, bütün dünyada sanksiyaya məruz qalan Rusiya aktivlərini izləyib və sanksiyaya məruz qalan rusların beynəlxalq maliyyə sisteminə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN