Nyu York Dairə Prokurorluğu ABŞ-ın keçmiş prezidenti Donald Trampı gələn həftə Stormi Daniels kimi tanınan pornoqrafik aktrisa Stefani Kliffordun ödənişləri ilə bağlı ifadə verməyə çağırıb. Bu da ona qarşı cinayət ittihamı irəli sürülməsi deməkdir.

Tezadlar.az xəbər verir ki, bu barədə “New York Times” (NYT) mənbələrə istinadən yazır.

Qəzetin qeyd edir ki, bu cür təkliflər demək olar  həmişə ittiham aktının yaxın olduğunu bildirir. "Bölgə prokuroru Alvin Bragg-in ittiham olunmadan potensial müttəhimi xəbərdar etməsi qeyri-adi olardı", - qəzet yazır.

Klifford və Tramp 2006-2007-ci illərdə cinsi əlaqədə olublar. 2016-cı il prezidentlik kampaniyasının qızğın vaxtında Trampın vəkili Maykl Koen pornoqrafik aktrisaya sirrini saxlamaq üçün 130 min dollar ödəyib. Lakin Ağ Ev bu məlumatları yalan adlandırıb.

İttihamlar Trampın şirkətinin Koenin aylıq ödənişlərini hüquqi xərc kimi “yalançı hesaba alması” ilə əsaslana bilər. Bundan əlavə, prokurorluq işi Nyu-York ştatının seçki qanunlarının pozulması kimi qiymətləndirə bilər. Prokurorlar iddia edə bilərlər ki, 130.000 dollarlıq ödəniş effektiv şəkildə düzgün olmayan kampaniya töhfəsinə çevrilib, çünki o, Tramp kampaniyasına "fayda verib".

2018-ci ildə bir porno ulduz Trampı məhkəməyə verib. İddiaya səbəb onun eks-prezidentlə cinsi əlaqədə olması ilə bağlı bağladığı məlumatları açıqlamaması olub. Klifford Trampın özündən fərqli olaraq müqaviləyə imza atmadığını və bunu vəkili Michael Cohen-ə həvalə etdiyini iddia edib. Aktrisa müqavilənin etibarsız sayılmasını tələb edib. Bununla belə, Tramp porno aktrisaya qarşı məhkəmədə qalib gəlib, məhkəmədə porno ulduzla əlaqənin doğru olmadığı sübuta yetirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN