Ukraynaya qarşı müharibə aparan Rusiyadan qaçıb qonşu ölkələrə pənah aparan rusların sayı durmadan artır...
Belə ki, Şimali Osetiyada Gürcüstan ərazisindən Rusiyaya daxil olanların sayında artım müşahidə olunub. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Şimali Osetiya Respublikasının baş nazirinin müavini İrbek Tomayev məlumat verib. Onun sözlərinə görə, təkcə ötən həftə ərzində 14 mindən çox insan "Yuxarı Lars" keçid məntəqəsindən keçərək Rusiyaya qayıdıb. O bildirib ki, ümumilikdə son bir həftə ərzində "Yuxarı Lars" keçid məntəqəsindən hər iki istiqamətdə 26 mindən çox insan keçib.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 100 mindən çox rusiyalının Gürcüstana üz tutduğu bildirilir. Hazırda Gürcüstanda torpaq sahəsi alan rusların sayı da kəskin artıb. Rusiya hökuməti isə bunun qarşısını almaqda hələki acizdir...
XƏYYAM