"İşğalçı hakimiyyətin mövcud olduğu heç bir ərazidə sabitlik mümkün deyil..."

Tezadlar.az xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili Gürcüstanın işğal altındakı Abxaziya regionunda baş verən hadisələrə münasibət bildirərkən deyib. O bildirib ki, vahid Gürcüstan bizim ümumi maraqlarımıza, abxaz soydaşlarımızın mənafeyinə uyğundur: “Bu, orada işğalçı hakimiyyətin olmasının nəticəsidir. Heç bir qurumun olmadığı, işğalçı hakimiyyətin mövcud olduğu istənilən ərazidə sabitlik mümkün deyil. Odur ki, biz də deyirik ki, vahid Gürcüstan bizim ümumi maraqlarımıza, abxaz soydaşlarımızın mənafeyinə uyğundur. İstər Gürcüstanda, istərsə də başqa yerdə işğal rejimi sayəsində yaradılan istənilən belə boz zonalar həmişə qeyri-sabitlik mənbəyidir, çünki bu, qurumların fəaliyyət göstərmədiyi ərazidir”, - deyə Papuaşvili bildirib.

Ötən gün Abxaziya “müxalifəti” qondarma qurumun “prezident”inin istefası tələbi ilə etiraz aksiyası keçirib. Yerli KİV-in məlumatına görə, gərginliyə səbəb Rusiya vətəndaşlarına Abxaziyada daşınmaz əmlak satın almağa icazə verən qərardır.

Vəziyyət isə gərgin olaraq qalmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN