Güman olunur ki, bu hadisədə Fazil Qəzənfəroğlunu öldürmək qarşıya məqsəd qoyulmayıb və sadəcə, molla rejimi deputatı, həmçinin onun kimi İran əleyhinə danışanları, yazanları qorxuya salmaq, xof yaratmaq istəyib

Biz İranın molla rejiminin sonunu mütləq görəcəyik və onlar belə terror əməlləri ilə, çoxsaylı insanları günahsız yerə edam etməklə öz qəbirlərini qazırlar

“Azərbaycan” sözündən İranın molla rejimi, İlan ala çatıdan qorxan kimi qorxur və bu söz, o taydakı 40 milyon soydaşımızı öz ana dilinə həsrət qoyan  fars rejiminin dilini yandırır

***

Məlum olduğu kimi, Milli Məclisin üzvü, deputat Fazil Qəzənfəroğlu Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Xoşbəxtlikdən Fazil bəyin həyatına təhlükə yoxdur. Sağ çiynindən və sağ budundan güllə yarası alan F.Qəzənfəroğlu Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub və müalicə prossesi hələ də davam edir.

Həm iqtidarda, həm də müxalifətdə qəbul olunan bir insan kimi Fazil bəyin adı heç bir korrupsiya qalmaqalında keçməyib. Milli Məclisdəki çıxışlarında da həmişə seçicilərinin problemlərini qabardır, ayrı-ayrı məmurların vətəndaşlara sayğısız yanaşmasını da zaman-zaman dilə gətirir. Seçiciləri ilə mütamadi görüşlər keçirir və onların problemlərinin həllinə maksimum çalışır. Yəni deputat kimi öz funksiyasını ləyaqətlə yerinə yetirir. F.Qəzənfəroğlu sui-qəsdə məruz qalandan dərhal sonra, hamının gözləri İrana tikildi. Çünki hamı yaxşı bilir ki, bu bəla oradan gəlir. Bu sifarişin dalında mütləq İranın molla rejimi dayanıb. F.Qəzənfəroğlu Milli Məclisdəki çıxışlarında, saytlara və digər mətbuat orqanlarına verdiyi müsahibələrində birmənalı olaraq, İranın molla rejimini haqlı olaraq hədəfə alırdı.

Məhz bu rejim torpaqlarımızın 30 illik işğalı dövründə, erməniyə qardaş olaraq hər cürə dəstək verdi və  dığaları blokada şəraitində acından ölməyə qoymadı. Bu illər ərzində Tehran hakimiyyəti Azərbaycanla düşmənçiliyini dost şəkildə göstərirdisə, 44 günlük qələbəmizlə başa çatan II Qarabağ  müharibəsindən sonra maskası tamam yırtıldı və açıq düşmənçiliyə keçdi. Hələ 44 günlük müharibə dövründə bütün beynəlxalq qanunlara tüpürən molla rejimi, Zəngilan tərəfdən Azərbaycan ərazisinə qoşun yeritdi və ordumuzun müzəffər yürüşünü bir gün də olsa, ləngitdi. Bütün danışıqlara baxmayaraq, İran qoşunları yolumuzdan çəkilmədi. Bu isə, ermənilərin müəyyən qədər toparlanmaısna şərait yaratdı. Nəticədə qəhrəman əsgərlərimiz 29 km. dolama yol gedərək, öz müzəffər yürüşünü davam etdirdi və 30 illik işğala son qoydu. İranın molla rejimi isə, bu qələbəni hələ də həzm edə bilmir. Axı inkişaf eləmiş müstəqil Azərbaycan İrana qətiyyən sərf eləmir. Özləri də ölkəmiz haqqında danışanda həmişə Azərbaycana “Bakı hökuməti” deyirlər. “Azərbaycan” sözü, o taydakı 40 milyon soydaşımızı öz ana dilinə həsrət qoyan  fars rejiminin dilini yandırır. Bu səbəbdən Bakıdakı səfirliyinin qapısı qarşısına, bütün səfirliklər kimi, diplomatik qaydalara uyğun olaraq, “İranın Azərbaycandakı səfirliyi” kimi yox, “İranın Bakıdakı səfirliyi”, ya da “İran İslam Respublikasının səfirliyi” kimi yazılır. “Azərbaycan” sözündən İranın molla rejimi, İlan ala çatıdan qorxan kimi qorxur.  O da maraqlıdır ki, səfirliyin adının yazılmasında molla rejimin qəsdən buraxdığı bu səhvi aradan qaldırmağı, İran səfirliyinə heç kim xatırlatmır.

1680187514832

Amma İranın molla rejimi dərk eləmir ki, qatar artıq çoxdan keçib. Yəni Azərbaycan müstəqil dövlət kimi dünyada tanınır, qəbul edilir və onun qalib prezidentinə hər yerdə hörmət və ehtiram göstərilir. Elə İranda başlayan etiraz aksiyaları zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin “Biz həmişə 40 milyonluq cənublu qardaşlarımızn yanındayıq”deməsi İranın yandırıb çızdağını çıxarmışdı. Əlbəttə, İran da fürsət gözləyir ki, məqamı düşəndə bizlərin gözünü qorxutsun.

Belə bir məqam bu ilin yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə hücumda reallaşdı. Yenə də bütün beynəlxaq qanunlara arxa çevirərək, İranın molla rejimi səfirliyimizə hücum təşkil elətdirdi. Nəticədə bir nəfər dünyasını dəyişdi, iki nəfər isə yaralandı. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın, avtomatla silahlanmış terrorçunun üzərinə atıldı, çiynindən və ayağından yaralanmasına baxmayaraq, onu zərərsizləşdirə bildi.

İranın Azərbaycana nifrətinin kökündə Azərbaycanın dünyada tədricən sayılıb-seçilməsi və tədricən söz sahibinə çevrilməsidir. Ona görə də onun əleyhinə danışan ayrı-ayrı şəxslər İranın hədəfindədir. Artıq sosial şəbəkələrdə açıq şəkildə yazılıb ki, növbəti hədəf jurnalist həmkarımız, Naxçıvandakı Vasif Talıbov rejiminin cinayətlərini üzə çıxaran Heydər Oğuz, Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı Nemət Pənahlı və nədənsə, Əli İnsanov seçilib. Nemət Pənahlı artıq bu məsələyə “Tezadlar TV” (ttv.az)- in martın 29-da yayımlanan  canlı efirində aydınlıq gətirib.

İranın molla rejimindən belə terror hadisələrinin  sifariş edilməsi, heç də təzə hadisə deyil. Artıq İran dövləti dünyada narkotikanın vətəni və terrora dəstək verən bir ölkə kimi tanınır. Fazil Qəzənfəroğluna sui-qəsd olunan gün Yunanıstanda və başqa ölkələrdə İranın molla rejiminin sifarişi ilə bir neçə terror hadisəsi qeydə alınıb. Əllərindən gələn budur.

İndi gələk Fazil Qəzənfəroğlunun güllələnməsində səslənən versiyalara və öz qənaətimizə. Hadisə baş verən andan, bir nəfər kimi, hamının  üzü İrana tərəf çevrilib və yaxşı bilirlər ki, belə terroru törətməkdə İranın molla rejimi peşəkardır. Buna Fazil bəyin İran əleyhinə yönələn çıxışları da əsas verir. Gəlin onların bəzilərinə bir daha nəzər salaq.

22.09.2022-ci ildə “Müsavat TV”də Fazil Qəzənfəroğlu belə deyir: “Pelosi də Ermənistana dəstək verir, İran da. Adama sual verərlər ki, burada məqsəd nədir? Demək ki, təfəkkürcə, əxlaqca eynisiniz. İran da, Amerika da eyni siyasəti aparırlar. Ermənistanla qonşu dövlət kimi münasibət qurmaq olar. Amma İran deyir ki, Ermənistan mənim üçün qırmızı cizgidir. Bu, Ermənistan mənim namusumdur deməkdir”.

Bir dövlətə qarşı bundan ağır ifadə demək olarmı? Amma Fazil bəy də çox sərrast və dəqiq deyib. Təbii ki, İran bunu həzm edə bilməzdi. F.Qəzənfəroğlunun İran haqqında 10 fevral 2023-cü ildə  “Report” İnformasiya Agentliyindəki açıqlamasına da bir nəzər salaq: “İndiki rejim İranı vahiməli terrorçu bir dövlət kimi dünya ictimaiyyətinə təqdim etdi. Bu rejimin dövründə ölkədəki diplomatik korpuslara – ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı səfirliklərinə, konsulluğuna terror hücumu olub. Belə cinayəti törətməklə Tehran rejimi tarixdəki cinayətlərinin sayını artırıb. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu indiki rejimin tarixinə yazılacaq ən şərəfsiz günlərdən sayılır”.

Göründüyü kimi, bu fikirlər heç də adi sözlər deyil. İran kimi bir ölkənin haqlı olaraq, şərəfsizliyi diqqətə çatdırılır.

F.Qəzənfəroğlunun 24 avqust 2016-cı ildə “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə, prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin arasında Bakıda keçirilən Zirvə Görüşünə diqqət çəkən deputat, bəzi məqamları dilə gətirib: “Güman etmək olardı ki, müsəlmanlıqdan, şiəlikdən və başqa İslam dəyərlərindən ağız dolusu danışan İran rejimi, bu məsələdə ən azı (Ermənistana qarşı) etiraz mövqeyi tutacaq və Azərbaycan maraqlarına zidd addım atmayacaq. Amma İranın Ermənistana bu qədər iqtisadi, hərbi və siyasi baxımdan dəstək verməsi, Azərbaycan tərəfindən hər zaman narahatlıqla qarşılanıb. O biri tərəfdən İran Azərbaycanı İsrail ilə yaxın münasibət saxlamaqda ittiham edir və Tehran bu barədə narahatlılığını tez-tez dilə gətirir. Amma Azərbaycan dəfələrlə bəyan edib ki, İsrail İranın torpaqlarını işğal etməyib, etsəydi, bu məqamı səsləndirmək olardı”.

Burada da, Fazil bəy İrana qarşı öz barışmaz mövqeyni ortaya qoyub.

06 noyabr 2022 –ci ildə “Modern.az” saytına verdiyi açıqlamada, İranda baş verən etiraz aksiyalarından danışarkən Fazil bəy belə deyb: “Hazırda proesleri istiqamətləndirəcək siyasi təşkilat olmalıdır. Hələlik bu şərtlər üfüqdə görünmür və bu halda xalqın mütərəqqi hissəsini güdaza vermək olmaz. Çünki İran rejimi vəhşidir, insan haqqını tanımayan, xalqı məhv etməyə hazır rejimdir. Buna görə də yerli reallığa uyğun addımlar atılmalıdır. Biz soydaşlarımıza dəstək verə bilərik, amma bu dəstəyin bir çərçivəsi var. Çünki başqa dövlətin daxili işinə qarışmaq bizə də problem yarada bilər. Azərbaycan dövlətinə prosseslərin zərbəsi dəyməsin deyə, diqqətli olmalıyıq”.

16029311153514233550_1200x630

Mənə elə gəlir ki, bu sitatlar F.Qəzənfəroğlunun İrana olan münasibətini tam ortaya qoyur ki, buna da İran dözümlü yanaşa bilməzdi və nə vaxtsa, səbr kasası daşmalı idi. Terrorçu bir ölkəni bu qədər yıxıb-sürümək, nəhayət, terroru törətməyə qərar verdi. Əvvəlcə yanvarın 27-də Tehrandakı səfirliyimizə hücum oldu, 28.03.2023-cü ildə isə evinin qarşısında F.Qəzənfəroğlu avtomat silahla güllələndi. Güman olunur ki, bu hadisədə F.Qəzənfəroğlunu öldürmək qarşıya məqsəd qoyulmayıb və sadəcə Molla rejimi deputatı, həmçinin onun kimi İran əleyhinə danışanları, yazanları qorxuya salmaq, xof yaratmaq istəyib. Bu, birmənalıdır. Hərçənd, hüquq mühafizə orqanları öz sözünü deyəcəklər. Ancaq hadisənin gedişatı göstərir ki, bu terrorda F.Qəzənfəroğlunu öldürmək başlıca məqsəd olmayıb. Nəyə görə bu qənaətə gəlirəm?

F.Qəzənfəroğlu yaralanadan sonra klinikadan verdiyi ilk açıqlamasında deyir ki, “maşını qaraja yaxınlaşdırmaq istəyəndə  qabaq şüşə sındı və sağ çiynimdə ağrı hiss etdim. Atəş səsləri gəlirdi. Bildim ki, bu güllə yarasıdır. Qapını açıb yerə düşdüm və həyət darvazasına özümü çatdırmaq istədim. Bu zaman sağ budumdan da güllə yarası aldım. Və özümü birtəhər içəri salıb darvazanı bağladım. Əvvəl təcili yardıma və sonra hüquq mühafizə orqanlarına məlumat verildi”.

Gəlin bu barədə bir az düşünək. Əvvəla, terroru törədən, yəni terror sifarişini yerinə yetirən adam küçədən keçənin biri olmur. Bu insanlar xüsusi hazırlıq keçirlər və heç vaxt da  hədəfdən yayınmırlar. Bəzən birinci  gülləyə qurbanını məhv edirlər. Ancaq burada görürük ki, yeddi və ya doqquz güllə atılıb, yalnız bunlardan ikisi Fazil bəyə dəyib ki, o da ölümcül deyil. Bu məsələ sizə heç nə demirmi? Yəni doqquz gülləyə peşəkar qatil ona verilən tapşırğı dəqiq yerinə yetirə bilmir? O tapşırığı yerinə yetirib. Sadəcə sifariş necə verilibsə, eləcə də yerinə yetirib. Yəni F.Qəzənfəroğlunu qorxutmaq və bunun timsalında İran əleyhinə danışanların dilini-ağzını bağlamaq istəyi ortadadır. Müharibədə olanlar, əsgərlik çəkənlər və az-çox avtomat silahdan başı çıxanlar bilirlər ki, avtomatda iki cür atış rejimi var. Tək-tək atış və silsilə atışlar. Avtomatda çaxmağın üstündə qoruyucu var. O qoruyucunu yuxarı edəndə avtomat tək-tək atır. Aşağı edəndə isə çaxmağı çəkib, bir-iki saniyə saxlamaqla, daraqda olan  otuz güllənin bəlkə də yarısı silsilə şəkilində atılır. Qatilin F.Qəzənfəroğlunu öldürmək niyyəti olsaydı, ya silsilə atəşlə onun bədənini aşsüzənə döndərərdi, ya da tək-tək atış rejimində bir güllə ilə Fazil bəyin həyatına son qoyardı . Amma bu qatil atdığı güllələrin hamısını tək-tək atış rejimi ilə yerinə yetirib. Bunun da nəticəsində F.Qəzənfəroğlu sağ çiynindən və sağ budundan iki güllə yarası alıb ki, bu da öldürücü deyil. Bütün bunlar deməyə əsas verir ki, İran rejimi onun əleyhinə danışanlardan, yəni xalqı İran əleyhinə kökləyən insanlardan bərk narahat olub. Ona görə də el dili ilə desək, “xox” gəlmək istəyib. Hərçənd istəsə, dərhal öldürə də bilərdi.

 Biz belə terror hadisələrini hələ çox görə bilərik. Çünki İranın agentləri Azərbaycanda yetərincə məskən salıb. Ona görə də təklif edərdim ki, Azərbaycandakı məscidlərin hamısı müvəqqəti bağlansın. İnanclı insanlar öz namazlarını evdə də qıla bilərlər. Belə bir deyim var: “Allahı məsiddə, sinoqoqda, kilsədə axtarma, bunlar daş-divardı, insan tikib. Allahı içində, qəlbində axtar”. Bu səbəbdən qəlbində Allah eşqi olanlar evlərində namaz qılarkən Allahla ünsiyyət qurarlar. Məscidlər bir müddət bağlansa İranın agentləri başqa məkana yığışacaqlar ki, bu zaman onları müəyyən etmək bir qədər asan olar. Nə qədər ki, məscidlər fəaliyyət göstərir, İranın molla rejimi bu səbəbdən çox arxayın görünür. O qədər arxayın ki, hətta sonrakı hədəflərini də açıq göstərirlər. Yəni növbəti qurban yuxarıda da qeyd etdim ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı Nemət Pənahlı, həmkarımız Naxçıvandakı İrana bağlı Vasif Talıbov rejiminin cinayətlərini üzə çıxaran Heydər Oğuz və Haqq və Ədalət partiyasının  sədri Əli İnsanovdur.

Əli İnsanov məsələsi adamda bir az şübhə doğurur ki, axı sabiq səhiyyə nazirinin İran əleyhinə elə də ciddi çıxışları olmayıb. Amma İran rejimi üçün fərqi yoxdur. Təki tanınmış hansısa bir fiquru aradan götürsünlər və çaxnaşma yaratsınlar. F.Qəzənfəroğluna atılan güllələr, həm də ayrı-ayrı siyasi liderlərə, İran əleyhinə yazan jurnalistlərə də ünvanlanıb. Əsgər əlində  avtomat düşmənə qarşı səngərdə döyüşürsə, jurnalist də qələmi ilə düşmənə qarşı döyüşdədir. Döyüş səngərini qoyub qaçan heç 44 günlük müharibədə  belə bircə nəfər də olmadı. İndi  belə bir vəziyyədə hansı jurnalist İranın bu hədəsindən geri çəkilib, molla rejiminin soydaşlarımızın başına açdığı oyunları yazmaya bilər? Bu, mümkün olan şey deyil. Jurnalistlər də vətənin  və  Ali Baş Komandan Prezident İlham Əliyevin  əsgərləridir. Ona görə də bu vətən yolunda həm Ermənistanla, həm də onların ələkçiyə qıl verən dəstəkçiləri İran rejimi ilə sona qədər döyüşəcəyik. Biz İranın molla rejiminin sonunu mütləq görəcəyik və onlar belə terror əməlləri ilə, çoxsaylı insanları günahsız yerə edam etməklə öz qəbirlərini qazırlar.

Sonda o taylı, bu taylı Azərbaycanın vahid simvolu olmuş mərhum şairimiz Söhrab Tahirin 1976-cı ildə yazdığı və 1981-ci ildə çap olunmuş “Azərbaycan” poemasından kiçik bir sitat gətirməklə fikirlərimi tamamlamaq istəyirəm:

“Azadlıq! Böhtanın, yalanın sonu,

Azadlıq! Bu, sənin qızıl haqqındır.

Cəlladın ağzından çək, çıxart onu,

Böyük azadlıqlar, böyük xalqındır.

 

Azadlıq! Al onu ana vətənim,

Dünya qüdrətini dünyaya bildir.

Azadlıq pasportdur əlində sənin,

Azad xalqı danmaq mümkün deyildir”.

İnanırıq ki, tez biz zamanda cənublu soydaşlarımız nəhayət, öz azadlıqlarına qovuşacaqlar və İranın molla rejimi tarixin arxivinə gömüləcək.

ELÇİN MƏMMƏDLİ

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN