Bu gün Füzuli rayonu Bala Bəhmənli kəndində qəhrəman şəhidimiz Sadıqov Yaşar Füzuli oğlunun doğulub boya başa çatdığı evində fərdi xatirə-muzeyinin açılış mərasimində iştirak etdik. Mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazilər, məktəblilər və ictimaət nümayəndələri iştirak edirdi. Bunu xatirə-muzeyinin açılış mərasimində iştirak edən millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
"Şəhidimizin atası Füzuli Sadıqov iştirakçıları salamlayaraq, muzeydə Yaşarın keçdiyi mənalı həyat yolundan bəhs edən şəxsi əşyalar, şəkillər, onun haqqında mətbuatda yazılanlar barədə geniş söhbət açdı. Yaşarın vətənpər və məsuliyyətli bir zabit olduğunu xatırladaraq, övladının keçdiyi yollarla qurur duyduğunu bildirdi.
Tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən üzərində qazandığı parlaq qələbənin əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətindən, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına qarşı rəşadətli ordumuz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən danışdıq. Bu tarixi qələbənin Yaşar kimi qəhrəmanlarımıza borclu olduğumuzu bildirərək, şəhidimizə Allahdan rəhmət dilədik.
Tədbir daha sonra iştirak edənlərin çıxışı və məktəblilərin vətənpərvəliklə bağlı şeirləri ilə davam etdi".
O, diqqətə çatdırıb ki, şəhid qəhrəman Yusif Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.
sadiqov
"1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. Yaşar Sadıqov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət keçib. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərmişdir. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, Ömər aşırımı uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz nəşi əlverişsiz hava şəraitinə görə 148 gündən sonra tapılıb ailəsinə təhvil verilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən polkovnik-leytenant Yaşar Sadıqov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir. Xatırladaq ki, şəhidimiz ailəli olub 2 övladı yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət etsin", - deyə millət vəkili qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN