İsraildə məhkəmə-hüquq islahatına etirazlardan sonra orada ona dəstək üçün yürüşlər başlayıb.

Etirazçıların təzyiqi ilə təxirə salınan qanun layihəsinin tərəfdarları hər şeyin olduğu kimi qaytarılmasını tələb edirlər. Onlar Təl-Əvivdə minlərlə nümayiş keçirərək mühüm Ayalon şossesini bağlayıblar.

Tezadlar.az xəbər verir ki, yürüş iştirakçıları İsrail bayraqlarını dalğalandıraraq “Xalq məhkəmə islahatlarını tələb edir” şüarını səsləndirirlər. İsrail hökumətinin bu yeni çağırışa necə cavab verəcəyi hələ məlum deyil. Lakin polis onlara qarşı güc tətbiq etmir, yalnız kənardan müşahidə aparır

Xatırladaq ki, Netanyahunun başçılıq etdiyi İsrail hökuməti ölkənin ali məhkəməsini muxtariyyətdən məhrum etmək üçün nəzərdə tutulmuş islahat həyata keçirməyə çalışıb. Nəticədə, ölkədə iğtişaşlar 11 gün davam etdi, bundan sonra baş nazir islahatları dayandırdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN