Azərbaycanın Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına və əraziyə Ermənistandan silah-sursat daşınmasına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bu gün 110 gündür davamlıdır.
Tezadlar.az Bülbül Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyliyə istinadla bildirir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. "Ən vacib məqam ondan ibarətdir ki, ekofəallar 110 gündür erməni separatçılarına və Rusiyanın burada müvəqqəti yerləşmiş hərbi komandanlığına iradə nümayiş etdirirlər... Ötən gecədən Şuşada soyuq və yağışlı hava şəraiti olsa da, fəallar əzmkarlıqla səhərədək aksiyalarını davam etdiriblər. Onlar hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər", -deyə F.Hacıbəyli bildirdi.
Bəli, separatçılar xarici havadarlarından kömək istəməkdə ikən, Azərbaycan ordusu strateji yüksəklikləri bir-bir düşməndən təmizləyir və ekofəallar isə dirəniş göstərirlər. Çünku Qarabağ Azərbaycandır!
JASMİN