Ermənistanda ara qarışıb, hətta baş nazir Nikol Paşinyanın oğlu Aşota İrəvanda hücum edərək döyüblər.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.

Onun sözlərinə görə, bu, planlaşdırılmış təxribatdır:

“Bunun hüquqi və siyasi cavabı çox çəkməyəcək”, -deyə bildirib.
Simonyan, həmçinin bildirib ki, bazar günü İrəvanın mərkəzində Simonyanın özü ilə erməni əsilli Kanada vətəndaşı, müxalif "Daşnaksütyun" partiyasının üzvü Karen Mkrtçyan arasında münaqişə baş verib.

“Əminəmki, bu, izləri ölkəmizin hüdudlarından kənara çıxan bir sıra mütəşəkkil təxribatlardır, buna hüquqi və siyasi reaksiya gec olmayacaq”, -Simonyan əmin edib.

 Qeyd edək ki, Aşotun hazırkı vəziyyəti ilə bağlı açıqlama verilməyib...

Xatırladaq ki, bu, Aşotun ilk döyülmə hadisəsi deyil. O, əsgəri xidmətini 2019-cu ildə Azərbaycanın o zaman işğal altında olan Qarabağ bölgəsində keçərkən zabit və əsgərlər tərəfindən döyülmüşdü. Səbəb isə kiçik Paşinyanın Ermənistanda “qayda” quran atası kimi o da öz hərbi hissəsində "qaydaları" bərpa etməyə borclu olduğunu düşünməsi olub. Kiçik Paşinyan zabitlərə və əsgər yoldaşlarına əmrlər verib, xəbərdarlıqlar edib, onları komandanlığa "satırmış".

Məlumatlara görə, o zaman onu döyənlərdən biri Zori Balayanın nəvəsi olub... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN