Hadisə Türkiyədə Kocaelinin Gölcük rayonunda baş verib. 9 gün reanimasiyada qaldıqdan sonra evə buraxılan podratçı M.B. bank hesablarında olan pulların hamısının boşaldığını anlayıb. 10 milyon TL-ni oğlu G.B.-nin və qardaşı oğlu F.A.-nın hesabına göndərildiyini biləndə zəng edərək pulunu istəyib. Oğlundan mənfi cavab aldığını iddia edən M.B prokurorluğa gedərək cinayət işi qaldırdıb.
Xəstəxanada olduğu müddətdə bütün əşyalarının, o cümlədən mobil telefonunun həyat yoldaşına verildiyini bildirən M.B deyib ki, "Bütün hesablarım telefonda mobil bankda açıqdır. Oğlum G.B. və qardaşım oğlu F.A. həyat yoldaşımdan telefonumu alıblar. Bütün hesablarımı sındırıblar və bütün pulları öz hesablarına keçiriblər. Bunu reanimasiyadan çıxanda öyrəndim. Bilincə dünyam yıxıldı, yenə yatağa düşdüm. Mən hal-hazirda xəstəxanadayam. Evdən çıxacaqdım, kədərdən yenə xəstəxanadayam. Hazırda həmin pulu mənə qaytarmırlar. Həmin pul əmanət puludur. Tikinti üçün insanlardan yığdığım puldur. O pulla evlər tikib insanlara verəcəkdim. Tikinti hələ yarıdadır. Getdim prokurorluğa şikayət etdim, hələ də tədbir görülməyib. İndi o insanların heç biri evini ala bilməyəcək. Onların hamısı məhv olacaq. Həmin günlərdə evləri 500-600 min TL-yə satmışdıq. Hamı ilə müqaviləmiz var. İndi bilmirəm bu vəziyyətdə evi necə bitirib təhvil verəcəyəm. Türkiyə məhkəmə sistemindən kömək istəyirəm. Tez bir zamanda pulu geri versinlər. Satdığım evləri tikib bitirib sahiblərinə çatdırım. Gəlin, o insanları əziyyətə salmayaq”, - deyə o bildirib.
Mobil bank parolunu dəyişərək pulu götürdüklərini deyən M.B, "Mən bildiyimə görə, bu pulla lüks avtomobil alıblar. Oğlum G.B. mənim hesabımdan pulu qardaşım oğlu F.A.-nın hesabına köçürüb. Beləcə, məhkəməyə müraciət etdik. Onların qəbzlərini çıxarıb prokurora verdik. Atasına, əmisinə bunu edən şəxs başqasını bağışlayarmı? Telefonumdakı mobil bankçılıqdan “şifrəni unutdum” seçimini daxil edərək yeni parol əldə etdilər. O, mənim oğlum olduğu üçün bütün suallara cavab verdi. Şifrəni dəyişib pulu götürdülər. Bütün pullar artıq 3 aylıq ödəmə müddətində idi. Vaxtını pozaraq bəzilərini 1 gün əvvəl, bəzilərini isə 3 gün əvvəl alıblar”, - bildirib.
E.ŞİRİNOV