Rusiya Ukrayna Silahlı Qüvvələrinin (USQ) beş yaralı hərbçisini Ukrayna tərəfinə təhvil verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.

"Bu gün Ukrayna Silahlı Qüvvələrinin beş yaralı hərbçisi Ukraynaya qaytarılıb. Biz bu istiqamətdə işi davam etdiririk", - T.Moskalkova deyib.

Onun sözlərinə görə, martın sonunda Ukrayna tərəfi hazırda müalicə olunan 5 yaralı rus əsgərini Moskvaya təhvil verib.

“Mən onlara tezliklə sağalmalarını arzulayıram və inanıram ki, onlar tezliklə ailələrinin və dostlarının yanına qayıdacaqlar, onları əsl qəhrəman kimi qarşılayacaqlar”, - Moskalkova əlavə edib.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN