“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasından, eləcə də Kür, Araz çayları, Baş Mil-Muğan kollektoru, Şəmkir su anbarı və “Xanqızı” su kanalından sintetik torların yığışdırılması həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, aksiya zamanı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin su hövzələrindən 1082 metr uzunluğunda 55 ədəd sintetik tor götürülüb.

Nazirlik vətəndaşları balıq ehtiyatlarının qorunmasına dəstək olmağa, “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasına qoşulmaqla balıq ehtiyatlarının mühafizəsinə və su bioresurslarının inkişafına töhfə verməyə çağırır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN