Roma Papası Fransisk katoliklər və pravoslavlar tərəfindən Pasxa bayramı və parlaq Pasxa həftələrinin qeyd olunması zamanı aprelin 9-dan etibarən Ukraynada və Rusiyanın yeni bölgələrində müharibə zonasında iki həftəlik atəşkəs yaratmağı təklif edib.
Tezadlar.az bu barədə TASS-a istinadən bildirir ki, Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov pontifiklə şəxsi söhbətinə istinadən məlumat verib.
"Gələn həftə katolik Pasxa həftəsi, sonra isə pravoslav Pasxa həftəsi. Və indicə Papa mənə dedi ki, bunun şərəfinə o, Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında bütün döyüş əməliyyatlarının iki həftə ərzində dayandırılmasını təklif edir. Katolik və pravoslav Pasxa həftələri.Yəni bu bazar günündən və iki həftə ərzində ümumiyyətlə hücumlar olmasın, hamı bir-birinə atəş açmağı dayandırsın və atəşkəs elan edilsin”, - Sevastyanov bildirib.
Katolik Kilsəsi bu il Pasxa bayramını ən yaxın bazar günü, aprelin 9-da, pravoslav xristianlar isə bir həftə sonra, aprelin 16-da qeyd edirlər.
E.ŞİRİNOV