Ukrayna Silahlı Qüvvələri (USQ) sonuncu dəfə oktyabr ayında Zaporojye Atom Elektrik Stansiyasını (ZAES) ələ keçirmək üçün uğursuz cəhd təşkil edib.

Tezadlar.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb.

Nəşrin məlumatına görə, əməliyyatda elit bölmələrdən 600-ə yaxın əsgər iştirak edib. Onlar ağır pulemyotlar və Mk 19 avtomat qumbaraatanlarla silahlanmışdılar. Hərbçilərin vəzifəsi ZAES-ə hücum etmək idi.

Eyni zamanda, Times qeyd edib ki, Ukrayna əvvəllər stansiyaya hücum faktını tanımayıb. Lakin bu barədə qəzetə əməliyyat iştirakçıları məlumat veriblər. Zabitlərdən biri etiraf etdi ki, Zaporojye AES-in “çox möhkəm müdafiəsi” var.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi oktyabrın 12-də bildirib ki, Rusiya Silahlı Qüvvələri həmin gün səhər tezdən ZAES-i 37 qayıq və kəsici ilə ələ keçirməyə cəhd edən Ukrayna Silahlı Qüvvələrinin desantını məhv edib. Daha sonra USQ 90 nəfəri və 14 qayığı itirdi. Desant qüvvələrinin qalıqları Kaxovka su anbarının sularında artilleriya atəşi ilə dağıdılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN