ABŞ-ın keçmiş prezidenti Donald Trampın kiçik oğlu öz Tvitter səhifəsində atasının işgüzar sənədləri saxtalaşdırmaqda ittiham olunduğu məhkəməyə getməsinin videosunu yayıb. Məlumata əsasən, səs yazısı daha çox seçki kampaniyasının bir hissəsinə bənzəyir.

"Əgər onlar bunu ona edə bilsələr, sizə də edə bilərlər... və bu, onların əvvəldən planı idi", - deyə Tvitterdə deyilir.

Videonun özü 56 saniyədir. Məhkəməyə səfərinin kino kadrları altında ABŞ-ın keçmiş lideri pərdə arxasında amerikalıların böyüklüyündən danışır, onları ağıllı insanlar adlandırır.

Videonun sonunda “Nə olursa-olsun, gəlin Amerikanı yenidən möhtəşəm edək”, - o deyir.

Xatırladaq ki, Donald Trampa qarşı 34 maddə üzrə ittiham irəli sürülüb, onların hər biri Nyu-York dairə prokuroru tərəfindən yenidən cinayətkar kimi təsnif edilib. İlkin olaraq, iş pornoqrafik aktrisa Stormi Danielsə 2006-cı ildə bir sahibkarla iddia edilən münasibət barədə susduğuna görə külli miqdarda pul ödəyərkən maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlıdır.

Aprelin 4-də baş tutan görüşdən sonra keçmiş ABŞ prezidenti dinləmələri şok adlandırıb və günahsız olduğunu bəyan edib. Bundan sonra o, məhkəmə zalını tərk edərək Floridadakı iqamətgahına uçub. Növbəti iclas dekabrın 4-də baş tutacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN