Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Tıxacları idarəedilməz hal alan paytaxt yolları barədı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər yayıb ki, hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;
2. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. "20 Yanvar" dairəsində;
8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
9. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
13. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
15. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
16. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Beləliklə, bu siyahı o deməkdir ki, Bakı nəqliyyat üçün bağlanıb, ancaq piyadalar hərəkət edə bilər. Paytaxtın mərkəzinin belə yüklü olmasının nə səbəbi axtarılır, nə də çıxış yolları... Çünki çıxış yollarıda da "tıxac" var...
A.Məmmədli