Azərbaycanın suveren ərazisi olan Qarabağda ermənilərin faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 120-ci günüdür...

Amma təəssüflər olsun, hələ də Rusiyanın bölgədəki hərbi kontingentindən reaksiya yoxdur. Tezadlar.az Şuşa Bülbül Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyliyə istinadla bildirir ki, aksiya iştirakçıları havaların hələ də soyuq olmasına baxmayaraq fəallıq nümayiş etdirir, etirazlarını gündəmdə saxlayırlar. Sitat: "Həmişə demişəm, gənc fəalların mübarizliyinə eşq olsun. Xarici ölkələrdən gələn qonaqlar da biləndə ki, bu etirazlar uzun zamandır davam edir, məəttəl qalırlar. Hansı ki, dünyada bəlkə də bu qədər uzun çəkən aksiya hələki yoxdur...".

 

Qeyd edək ki, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Eləcə də humanitar yüklərin və avtomobillərin hər iki istiqamətdə hərəkətinə heç bir maneə yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN