ABŞ Ukrayna prezidenti Vladimir Zelenskiyə casusluq edib. Bunu internetə sızan ABŞ-ın məxfi sənədlərinin məlumatları sübut edir.
Tezadlar.az xəbər verir ki, CNN-də məqalə müəllifləri yazır: “Bir sənəd ABŞ-ın Zelenskiyə qarşı casusluq etdiyini üzə çıxarır”.
Eyni zamanda, Zelenskiyə yaxın bir kanal mənbəsi hazırkı vəziyyətdən təəccüblənmədiyini bildirib və bunu “gözlənilən” adlandırıb.
“Lakin Ukrayna rəsmiləri məlumatın sızmasından çox məyus olublar”, - mənbə CNN-ə əlavə edib.
Həmçinin bildirilir ki, Amerika kəşfiyyatçıları 2023-cü ilin fevral ayının sonunda Zelenskinin Rusiya Silahlı Qüvvələrinin Rostov vilayətindəki mövqelərinə zərbələr endirməyi təklif etdiyini öyrənib. Ukraynanın belə məqsədlər üçün uzaqmənzilli silahları olmadığından bunu pilotsuz təyyarələrin köməyi ilə etmək planlaşdırılırdı.
Bununla bağlı məqalə müəllifləri təklif edirdilər ki, məhz belə kəşfiyyat məlumatlarına görə ABŞ Kiyevə uzaqmənzilli silahlar verməkdən imtina edib: onlar Ukrayna Silahlı Qüvvələrinin onlardan Rusiyanın daxili obyektlərinə hücum etmək üçün istifadə edəcəyindən ehtiyat edirdilər.
Xatırladaq ki, aprelin 6-dan bəri Pentaqondan bir anda iki böyük məxfi sənədlər toplusu sızdırılıb. Qeyd olunur ki, onlar Ukrayna ordusunun vəziyyəti, həmçinin ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrinin mövqelərini gücləndirmək planları ilə bağlı məlumatları açıqlayıblar. Bu səbəbdən, CNN-in əvvəllər yazdığı kimi, Kiyev “hərbi planlarını” dəyişməli oldu.
E.ŞİRİNOV