İstanbul Regional Cəza Məhkəməsi bu gün türkiyəli natiq Adnan Oktar və bir çox cinayətlərdə təqsirləndirilən daha 13 nəfərin 8658 il həbs cəzasını qüvvədə saxlayıb.
Tezadlar.az-ın məlumatına görə, bu barədə xəbər verən "Habertürk" telekanalı hökmü rekord sayıb.
Xatırladaq ki, A.Oktar 2021-ci ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz və zorakılıq, adam oğurluğu və vergi qanunlarını pozmaqda ittiham olunaraq 1000 il 75 il həbs cəzasına məhkum edilib. Ümumilikdə bu işə 215 müttəhim cəlb edilib, onlardan bəziləri “Oktarın cinayət təşkilatı”nda iştiraka görə mühakimə olunub, lakin apellyasiya instansiyası tərəfindən hökm ləğv edilib və proses yenidən başlayıb. Ötən ilin noyabrında iş üzrə təqsirləndirilən şəxslər 8658 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmənin qərarından da apellyasiya şikayəti verilib.
O da bildirilir ki, A.Oktar təkamül nəzəriyyəsini inkar edən “İslam kreativizmi” doktrinasının müəllifidir.
K.ŞİRİNOV