Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) bu yay əks-hücum əməliyyatına başlaya bilər.

Tezadlar.az xəbər verir ki, Amerikanın “The Hill” qəzetinə müsahibəsində o vurğulayıb ki, Qərb müttəfiqləri bu məsələdə Kiyevə təzyiq etmirlər.

"Bütün dostlarımız və tərəfdaşlarımız aydın şəkildə başa düşürlər ki, əks-hücuma keçmək üçün 100 faiz və buna daha da hazır olmaq lazımdır", - Şmıqal deyib.

O vurğulayıb ki, Ukraynaya hücumu həyata keçirmək üçün daha çox artilleriya, raket, tank və sursat lazımdır. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinə döyüşçülər lazımdır.

Xatırladaq ki, daha əvvəl “The Washington Post” qəzeti bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələri pis hava şəraiti, Qərb silahlarının çatdırılmasının gecikməsi və sursat çatışmazlığı səbəbindən hücumu təxirə salmalı olub. Bundan əlavə, Ukrayna ordusunun vəziyyəti, o cümlədən onun hava hücumundan müdafiə sistemindəki zəifliklər barədə çoxlu məlumatların yer aldığı onlarla gizli Pentaqonun sənədlərinin sızması Ukraynanın planlarına zərər vurub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN