Pentaqon bildirib ki, ABŞ administrasiyası Ukrayna qoşunlarının əks-hücumundan əvvəl Kiyevə əlavə hərbi yardım paketini açıqlamaq niyyətində deyil.
Bir hərbi məmurun sözlərinə görə, Joe Biden administrasiyası tərəfindən 20 mart və 4 aprel tarixlərində elan edilən sursat tədarükü "hücumun gözlənilən başlamasından əvvəl və yaxın gələcək üçün son iki olacaq".
Qeyd olunur ki, Ukraynaya hərbi yardımın yaz paketləri Kiyevin müttəfiqlərinin Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün sursat çatışmazlığı ilə üzləşdiyi üçün “son çarəsiz səy” olub.
Daha əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell bildirmişdi ki, Aİ ölkələri yaxın 12 ayda Ukraynaya 2 milyard avroya 1 milyon mərmi ötürülməsi üçün üç mərhələli planı təsdiqləyib.
Bu barədə daha əvvəl "Washington Post" məlumat yayıb
Kiyev hava şəraiti və sursat çatışmazlığı səbəbindən qoşunlarının yaza planlaşdırılan əks-hücumunu təxirə salmaq qərarına gəlib.
E.ŞİRİNOV