Nizami SÜLEYMANOĞLU

Sən Allahın sən o Quran,

Xəncərləmə bizi İran!

İnsan hər hansı bir şey haqqında ardıcıl düşüncələri vərdiş halına gətirəndə o olur. İnsan möcüzə varlıqdır. Cismində ruh daşıyan, bədəni ruhunun miniyi olan bu varlıqda istənilən durumun, sənətin, peşənin, istəyin, hərəkətin, əməlin, niyyətin və s. arzu edilənlərin geni mövcuddur. Hansı işin, sahənin mütəxəssisi, ustası olmaq həmin sahəyə, işə aid olan genin aktivləşdirilməsi ilə birbaşa, sıx əlaqəlidir. Yetər ki, ardıcıl düşüncələrin vərdiş halına gətirilməsi pozulmasın.

Zamanın indiləri gələcəyinin necəliyindən impulslar verir. Sonsuzluqla bağlantı, əlaqə qurmaq üçün görmənin xaricində başqa yollar da var. Senarilər öz işini görüb və əlbəttə ki, görəcək. Ancaq hadisələr düzülüş seçimlərindən xeyli asılı olacaq. Bu gedişatın geri dönüşü yox. Qısırlaşdırma, cılızlaşdırma hər sahədə artacaq.

***

Bilik güc - güc bilikdir. Bilikdən biliklə istifadə etmək isə fərqli bilikdir. Bilik xeyir üçün işlənməsə, şər üçün işlənmiş olur. Bilik sözdə qalanda əməl biliyin əleyhinə çevrilə bilir. Qavrayış və idrakı artıqmaq şərt.

***

İnsan özünə xeyirxahlıq təlqin edəndə inancı onu cəsarətləndirir. Ancaq düşünmədən cəsarət lazımsızdır.

***

Sevməyi bilənlə sevməyi bilməyənlərin bir yerdə yaşaması dəhşətdir. Beləsinin qəlbi qırılar, ruhu xəstələnər. Cəmiyyət də ailə kimidir. Özgür olanlar kölə cəmiyyətdə əzab içində olar.

***

Millət olmayanların ümmət olmağına inanmağım gəlmir.

***

Şüur qıtlığımıdır, ya torpaq qarğışıdır?

Bilmirəm, bilirəm ki, Allah bilən yaxşıdır.

***

Ruh maddə qanunlarına tabe olmur.

***

Demokratik ölkələrdə eşşəklər də demokratiyadan bəhərələnir.

***

Zavallı azərbaycanlılar... Utanma duyğuların zibilxana ətrafında işləkliyini də xeyli itirib.

***

Pislik düşünmə, başına gələr, özünə qayıdar.

***

Düşüncə xoşladığı hər hansı şeyi yayıb sirayət etdirə, hətta sevdirə bilir.

***

Özünü (özlüyünü) bilənlər üçün yeni kuantum imkanları açılacaq. Zehin oyunlarını doğru seçmək, şüurunda olmaq lazım. Azərbaycan söz məkanı orqanizmi toksik (zərərli) düşüncələrlə dolub, damarlar tıxanıb. Dövrə qapanır. Yeni era açılır. Oyanış Günəş-Ay fazasında dönüşlə əlaqəlidir. Son 15 min ildə olmayan möcüzələrüstü möcüzələr dünyanı bürüyəcək. ATATÜRK deyirdi: “Ömrüm çatmasa, gözlərimi bunun xəyalı ilə yumacağam”.

***

“Ol” Tanrı frekansı, titrəşimidir. Adi söz deyil. “Quran”da təsadüfi heç nə yox! Hz. Məhəmməd (s.) “Ol” frekansından 1400 il öncədən verdiyi ip ucudur ki, zamanı gəlir. Fərqindəliyi olanların “Ol” dedikləri və istədikləri olacaq. İstəmələri, hətta xəyal etməkləri də yetərli olacaq ki, “Ol”sun! Yepyeni bir elm, İlahi lütfün təzahirləri... Və zaman beyində, şüurda, qəlbdə, ruhda təzahür edər.

***

Bizi hansı gələcək gözləyir? Biz hansı gələcəyi gözləyirik? DÜŞÜNÜN!

***

Təzahür etdirmənin ən yaxşı yolu yazmaqdır.

***

Böyük iş görməkdə vacib şərt məncə,

Özünə inamdır, bir də düşüncə.

Qardaş dost olmasa, dost olar qardaş,

Ey misra, mənana əyilməzmi baş?

***

Bəzi insan haqqında deyilir ki, o eşşək adamdır. Ancaq heç bir eşşəyə indiyənə qədər deyilməyib ki, insan eşşəkdir.

P.S. Məni duymayan eşşək,

Sənə nədən edim şəkk?

Hadisə: Çox nadir və əziz bir insanı maşın vurdu, şükür ölümdən qurtardı. Ancaq sağ qolu üç yerdən sındı. Böyük sınaqdır və qınanmamaq üçündür.

***

Ruhun satan bəşəriyyət,

Nədir səndə bu zehniyyət?

Çoxun qorxaq, azın igid,

Qorxanlardan sadiqdir it.

İnsan adı daşıyırsan,

Heyvan kimi yaşayırsan.

***

İnsan düşünəndə zehni açılır.

***

Göy üzünə kimi məkan kimi, kimi qüdrət kimi baxır.

***

Şərtlər bir az sərt olacaq,

Mərd yenə də mərd olacaq.

***

Hissiyyat kanalını açmaq gərək ki, nur açılsın. Ağlını bulmalısan ki, könlünü bulasan dostum.

***

İnsanın bəzi beyin hüceyrələri başqalarının ağlından keçənləri oxumağa yarayır. DNA-lar biolojinin təməllərini yaratdığı kimi bu “ayna-güzgü” hüceyrələr də psixolojinin təməllərini yaradır. Özünü başqasının yerinə qoya bil ki, ağlından keçəni də oxuya bil. Yəni kiminsə frekansına öz frekansını uyğunlaşdıra bilsən, onun qəlbini oxuya bilərsən.

***

Rəqabət üstünlüyün yoxsa, rəqabətə girmə dostum. Yaxşılıqda gözləniləndən artığını et. Məqsədlərini daim nəzarətdən keçir. Bu cəzbetmə qanununu işə salır. Lazım olan insanları və onların imkanlarını həyatına cəzb edir. Məqsədlər haqda düşündükcə sən onlara doğru, onlar da sənə doğru hərəkət edər.

***

Qurd özünə dönər, əhilləşməz dostum. Yatma, uyuma, oyanmazsan.

***

Qloballaşmanın vazkeçilməz prinsiplərindən biri də fəlakət hələ gəlmədən fəlakət ağrısını, acısını yaşatmaqdır. Dünyanı Görən Gözün düşünən beynin olur. Və qloballaşmanın məqsədləri də qlobal olmaya bilməz. Əlbəttə, bu başqa məsələdir ki, kimlərə görə qloballaşma? Əcaibdir, əksəriyyətcə şeytanlaşan bəşəriyyət bir qrup qlobaistə şeytan kimi baxır.

***

Nüvə qorxusu olacaq ki, dünya hakimiyyəti qurula bilsin. Böyük insan təlafatı qida ilə əlaqəli olacaq.

***

Çin böyük insan təlafatı verib böyük dəyişikliyə gedəcək. Çin pərdə arxasının güclü avtoritetidir.  İqtisadi, istehsal, diqital, silah, əsgər, sənət və digər cəhətlərdən.

Çin diqital sistemdə telekommunikasiya təməllərini qurur. Bu da kəşfiyyat təhlükəsizlik, fərqli informasiya şəbəkəsinə kimin üstün olacağını göstərir. Çinlə Amerika öz aralarında Rusiya ilə Avropanı kullanır, qurban Ukrayna olur. Çin öz yüksəlişinə mane olacaq heç bir böhran istəmir. O üçüncü dünya savaşı ehtiyatı toplayır. Taxıl ehtiyatının 50-60 faizini yaradır. Çin günlük deyil, strateji yaşayır. Super inflyasiya dönəmi başlayır. Qiymət, qıtlıq, enerji bahalığı. Zəngin daha zəngin, kasıb daha kasıb olacaq. Çinin dünyanın 150 ölkəsi ilə ticarət əlaqələri var. Əlində də azı 50 milyonluq uyğur-türkü əsiri. Əcəba, Doğu Türküstan toplama kampları qloballaşaşn dünyaya örnəkmi olacaq? XIX əsrdə Amerika, XX əsrdə İngiltərə istifadə olundu, XXI əsrdə isə Çin olacaq. Çinlilərdə ixtiraçı genlər, müdhitşdir. Konfutsini, Brüsleni yeniyetməliyimdən sevirəm. Ruhlarına Allahdan sevgilər olsun! 

***

Həyat - yenidən başlaya bilmək sənətidir.

***

Hər şey ilahi sistemə tabedir. Sistem nəzarəti mövcuddur. Dünyada da nəzarət sistemi boşuna yaradılmayıb. Azərbaycanda da güclü nəzarət var. Maşallah.

***

İnsanlar ümidli olduğu qədər mübarizələrinin ardınca gedər.  

***

Hiyləgərliyə qarşı alternativ tədbirlərlə düşünmək şərt.

***

Biri var torpağa gömüləsən, biri də var fəlakətlərin, əzabların, zülüm prosesinin içinə. Zülüm prosesi adı üstündə, zülümdən betərdir. Axx... Zavallı Azərbaycan!

***

Dağın əks sədası kainatda, insanda da var. Ağzından, içindən hirs çıxsa sənə hirs qayıdar, dostum. Kəskinliyə, sərtliyə ehtiyac duyma, kütləyə uyma, sakit ol.

***

Şüur keyfiyyəti sürətləndikcə qədərin surəti də artır. Ona görə “Ol” deyəndə olur. Bilənin bilmə məsuliyyəti də olur. İşlər düzgün getmirsə, danışığı, yazını, davranışı düzəlt. İfadələri şüurlandır ki, işlər səhmana düşsün. Hər kəs potensialına uyğun danışar, yazar. Qorxu varsa, qorxuya uyğun sözlər, kəlmələr yazılar. Qazanmağa uyğun sözlər yazanda qazanmaq frekansı yaradıb, qazancı həyatına çəkəcəksən. Nələrisə itirməkdə də belədir. Diqqət et, bax nəyi necə yazırsan. Bir yol yox, yollar çoxdur və əsas olan yolların birliyidir. Kəsə, düz, dolayı və s. Sonda yollar kəsişib ana yola çıxır. Yazının frekansından yazanın kimliyi bilinir. İfadələrin formullarından aydın olur hər şey. İnsan bəzən uzaqlaşmaq istədiyinə yaxınlaşır və ya yaxınlaşmaq istədiyindən uzaqlaşır. Bunu sözlər yaradır. Hər şey şərtə bağlıdır. Dəyişmədikcə dəyişməyəcəksən, dostum. Eşşəyə kitab yüklənsə nə xeyri, eşşəyə yük olar. Bilik anlayış səviyyəsinə uyğun gəlməlidir. Bilik də, anlayış səviyyələri də fərqli olur. Çünki mərtəbələri fərqlidir.

***

Həqiqətən istəyən bütün ümidlərini itirəndə də  istəməyə davam edəndir. Gerçəkdən ac olan yemək axtarmaqdan bezməz. Almağa hazır olmadığın sənə verilməz. Kimsə ən içdən istəyən qədər möhtac deyil. Önəmli olan ən yaxşısını etmək deyil. Edə biləcəyinin ən yaxşısını etməkdir. Uğura ən yaxın olanlar verdikləri sözə sadiq qalanlardır. Diqqət haraya yönəlibsə, hərəkət ora olacaq. Diqqətinizi kəsknləşdirin. Noropsixoloji vəziyyət pozulub. XXI əsr beyin savaşları olacaq. Ruh qalib gələcək. Əsl istək nə üçün istəməkdə gizlidir.

Bir insan gördüm, bir zavallının itirdiyinin itkisinin yenisini alıb ona verdi. Üstəlik şokolad verdi ki, çayla içərsən. Sonra da zəng elədi ki,  şokoladda pul var. İstədiyin kimi xərclə, sənin xətrin əzizdir...

Di gəl, belə bir dərin hissiyyatlı, kamallı insanı unut görüm... İnsanlar niyyətlərinin nəticələrini yaşayır. Dəxli yoxdur, haqlı və haqsız. Niyyətin səbəbinin səmimiliyi  niyyətin ruhudur. Səmimi olmayan niyyət niyyət deyil. Nəticəni yaradan gerçək, təmiz niyyətdir. NİYYƏTƏ NƏZARƏT HƏYATA NƏZARƏTDİR. Səbəb ruha göstərilən hədəfdir. Yəni ruhun hədəfi hədəflərin səbəbidir. Əsl hədəf zehni deyil, ruhidir. Əgər niyyət tam gerçək, səmimidirsə, kainatın gizli gücü aradığınızı qarşınıza çıxaracaq. Nə isə...

BÜTÜN DÜNYADA HƏR KƏS BİLMƏLİDİR Kİ, ALLAHI ALDATMAQ OLMAZ!

***

Fikir dəyişəndə zikir dəyişir, zikir dəyişəndə fikir.

İnancını dəyişmə, dostum. Həyata yetərincə köklənmək gərək. Biliyin qatları var. Həqiqət gerçəklərin birləşdiyi yer, dairənin mərkəzidir.

P.S. Azərbaycanda qeyri-adi yazı. “METAFİZİK İMPULSLAR” “TƏZADLAR”DA VƏ YA HANSISA QƏZETDƏ.

ALLAH SİZİNLƏ OLSUN, ƏZİZ OXUCULAR!  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN