Keçən il Polşa əsasən Ukrayna və Belarusdan olan rekord sayda əcnəbiyə vətəndaşlıq verib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti Rzeczpospolita-ya istinadən yazır.

Belə ki, ötən il 10 min nəfər Polşa vətəndaşlığı alıb. Bunlardan 5,2 mini ukraynalı, 3 minə yaxını belaruslu və cəmi 405 nəfəri rusdur. Son illərdə bu, rekord rəqəmə çevrilib. Ümumilikdə, son beş il ərzində 37 min əcnəbiyə Polşa vətəndaşlığı verilib.

Polşadakı Ukraynalılar İttifaqının rəhbəri Miroslav Skurka hesab edir ki, gələcəkdə bu rəqəm daha da artacaq, çünki hazırda Polşada 3 milyona yaxın ukraynalı yaşayır. Polşa vətəndaşlığını əldə etməyin ən asan yolu Polşa Kartı adlanan əcnəbilər üçündür. Qalanları üçün qanuni gəliri və daimi yaşayış yeri olan ən azı beş il ölkədə yaşamaq lazımdır.

Gələcəkdə Ukrayna, Belarusiya vətəndaşları üçün Polşa pasportunun alınması sosial və siyasi imtiyazlarla əlaqələndirilə bilər. Söhbət Polşadakı milli azlıqların məktəblərdə öz ana dilini və mədəniyyətini öyrənmək hüququna malik olmasından gedir. Onlar parlamentə öz nümayəndələrini də irəli sürə bilərlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN