2024-cü ilin 12-13 noyabr tarixlərində Səudiyyə Ərəbistanın Riyad şəhərində "Polisin fəaliyyətində süni intellekt" mövzusunda keçirilən Beynəlxalq Polis Akademiyalarının Assosiasiyasının (INTERPA) 13-cü konfransı keçirilmişdir. DİN-in Polis Akademiyasının nümayəndə heyəti qeyd olunan konfransda müşahidəçi ölkə qismində iştirak edib.

Tezadlar.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində DİN-in Polis Akademiyasının rəisinin birinci müavini və “Dil hazırlığı” kafedrasının rəisi yer alıb.

Konfransı İNTERPA-nın Prezidenti Türkiyə Milli Polis Akademiyasının rektoru Murat Balcı (onlayn formatda) açılış nitqi söyləyərək konfransa müxtəlif üzv və müşahidəçi ölkələrdən toplaşmış qonaqları salamlamış, cıxışında qarşıda duran gündəlik məsələlər və yeni çağırışlar barədə xüsusilə də konfransın mövzusu olan süni intellektin polisin fəaliyyətində istifadəsinin önəmini vurğulayıb. Bundan sonra konfransın gündəliyində duran bir sıra məsələlər müzakirə olunub.

Tədbirin birinci günündə polisin fəaliyyətində süni intellektin istifadəsində etik qaydalar, həmçinin bu sahədəinsan hüquqlarının mühafizəsi ilə bağlı məsələlər müzakirə edilib.

İNTERPA-nın fəaliyyətini əks elətdirən tanıtım çarxının nümayişindən sonra süni intellektin toxunduğu sahələrə geniş yer ayrılıb. Belə ki, polis əməkdaşının süni intellektdən istifadə bacarıqları, istintaqın düzgün aparılması və cinayətin qarşısının alınması, əşya və canlıların müşahidə edilməsi, mövcud polis fəaliyyətlərinə süni intellektin inteqrasiyası, müxtəlif vəziyyət və mühitlərdə dronla hücumdan qorunma, ekspertiza təhlili üçün dərindən araşdırma (deep learning), üz, göz və səs tanıma sistemləri və digər mövzular geniş müzakirə olunub.

Ümumilikdə konfrans işgüzar və səmərəli şəkildə baş tutub. 

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN