ABŞ-ın sabiq prezidenti Donald Tramp keçmiş vitse-prezident Mayk Pensin 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə bağlı məhkəmədə ifadə verməsinin qarşısını almaq üçün məhkəmədəki apellyasiya şikayətini uduzub.

Tezadlar.az bu barədə CNN-ə istinadən xəbər verir.

Kolumbiya Federal Dairə Məhkəməsinin hakimi Ceyms Boasberq daha əvvəl Pensi və eks-prezidentin bir neçə yüksək vəzifəli əməkdaşını keçmiş dövlət başçısına qarşı seçkilərə müdaxilə ittihamı ilə nəticələnə biləcək işdə ifadə verməyi əmr etmişdi.

Trampın Pensin ifadə verməsinin qarşısını almaq cəhdlərinə baxmayaraq, vitse-prezident onun çağırış vərəqəsinə əməl edəcəyini və məhkəməyə gələcəyini təsdiqləyib. Bunun müasir Amerika tarixində görünməmiş bir hadisə olacağı gözlənilir. Qanuna görə, Tramp başqa bir apellyasiya şikayəti verə bilər, lakin indiyədək bundan imtina edib.

Xatırladaq ki, aprel ayında NBC telekanalı Trampın apellyasiya məhkəməsində Pensin ifadəsinə mane olmağa çalışdığını bildirmişdi. Bununla belə, Pens istintaqı təxribat etməyəcəyini açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN