Polşanın şimal-qərbində - Zamoş şəhərindən bir qədər aralıda, Bıdqoşdan təxminən 15 kilometrlik məsafədə naməlum hərbi obyektin qalıqları tapılıb. Əraziyə polis əməkdaşları, hərbi polis və istehkamçılar tərəfindən baxış keçirilir.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi Twitter-də yazır.

Nazirlikdən bildirilib ki, vəziyyət yerli sakinlərin təhlükəsizliyinə təhlükə yaratmır.

RMF radiosunun məlumatına görə, tapılan qalıqlar döyüş başlığına malik olmayan “hava-yer” tipli raketdir.

Polşanın ədliyyə naziri və baş prokuroru Zbiqnev Zebronun verdiyi məlumata görə, söhbət hava obyektindən gedir. Tapıntı ilə bağlı prokurorlarla yanaşı, hərbi ekspertlər, polis, jandarma və Hərbi Əks-Kəşfiyyat Xidmətinin nümayəndələri də araşdırma aparır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN