Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Rusiyada üçtərəfli formatda görüşəcəklər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

O, brifinqdə çıxış edərək bildirib ki, üç dövlətin xarici işlər nazirlərinin görüşü Rusiyada baş tutacaq və qarşıdan gələn danışıqlarla bağlı artıq razılıq əldə olunub.

Eyni zamanda o, Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün tarixini açıqlamayıb, lakin danışıqların vaxtının daha sonra məlum olacağını əlavə edib.

***

Xatırladaq ki,  dekabrın 23-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada həmkarı Sergey Lavrovla görüşüb və gündəmdə olan məsələləri müzakirə ediblər. Ermənistan tərəfi isə üçtərəfli görüşə diplomatik kanallar vasitəsilə edilməli olan xəbərdarlıqsız  qatılmayıb... 

Yəni, Ermənistan Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirak etməyi planlaşdırmadığı barədə diplomatik kanallar vasitəsilə Rusiyaya məlumat verməyib.

Daha sonra isə məlum olub ki, Ararat Mirzoyanın daha vacib işi olub. 

Ararat Mirzoyanın “vacib” sirrini isə dolayı yolla Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.

Paşinyanın sözlərinə görə, nazirin qarşısını fors-major vəziyyət alıb və o, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovla baş tutmalı görüşdə iştirak edə bilməyib. Baş nazir, hətta bunu, “həyati zərurət” adlandırıb. 

Paşinyanın bu açıqlamasının ardınca Ermənistanın “Civilnet am” nəşri müəyyən edib ki, həmin anda Mirzoyan kreditlə yeni malikanə alıb.

O cümlədən, nazirin aldığı daşınmaz əmlakın kadastr sənədlərində əməliyyatın tarixi qeyd olunurdu. Bundan əlavə, əməliyyatın vaxtı bank, satıcı və Mirzoyan arasında bağlanan müqavilədə vardı və sənədi nazir imzalayıb...

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN