Qazaxıstan Respublikasının Manqistau vilayəti üzrə ekologiya departamenti yerli sakinlərin Xəzər dənizinin sularının çirklənməsi ilə bağlı şikayətlərinə cavab verib.

Bu barədə qurumun instaqram səhifəsində məlumat verilib.

Belə ki, vilayət üzrə ekologiya departamenti müəyyən edib ki, KANTA gəmisindən 300 litrə yaxın dizel yanacağı Xəzərə tökülüb. Tüpkaraqan rayonunun Ataş kəndinin sakinləri tərəfindən dənizin səthində neft təbəqəsi aşkar edilib. Yerli sakinlərin sözlərinə görə, “Batıs Munay Trans” MMC-yə məxsus gəmidən yanacaq və sürtkü materialları sızıb.

Bu gün səhər saatlarında idarənin mütəxəssisləri laboratoriya analizi üçün su nümunələri götürüblər.

"Faktla bağlı Qazaxıstan Respublikası Sahibkarlıq Məcəlləsinin 144-4-cü maddəsinə əsasən araşdırma aparılır. Laboratoriya müayinəsinin nəticələri aprelin 27-də hazır olacaq. Görülən tədbirlər barədə daha sonra məlumat veriləcək. Hazırda “North Caspian Operating Company” şirkəti tərəfindən təmizlik işləri həyata keçirilir”, - məlumatda deyilir.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN