Avropa Parlamenti (AP) İspaniya və Rusiyadakı katalon separatçıları arasında əlaqələri araşdırmaq istəyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.

Parlamentin xarici müdaxilələr üzrə profil komitəsinin hesabatında qeyd olunur ki, Avropa İttifaqı “Rusiyanın Avropa ərazilərində separatçı hərəkatlara genişmiqyaslı müdaxiləsindən narahatdır”.

Eyni zamanda, sənəddə Kataloniyadan başqa heç bir Avropa regionu qeyd olunmur.

Kataloniyanın xarici işlər naziri Meritxell Serret müvafiq araşdırma aparmaq təşəbbüsünü şərh edib: "Kataloniya hökumətinin Rusiya və ya Rusiya hökuməti ilə əlaqəli şəxslərlə heç bir əlaqəsi yoxdur və olmayıb".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN