Koroğlu Rəhimov küçəsindən Fətəli Xan Xoyski (metronun «Gənclik» stansiyası istiqamətinə) küçəsinə daxil olmaq üçün K.Rəhimov küçəsinin həmin nöytdəki qoşa xəttinə sola dönməyə icazə verən qırıq xətti çəkmək bu qədərmi çətindir?
…Bakının, xüsusən də son vaxtlar, tıçxaclarla yüklənən əsas küçələrindən biri də Milli Qəhrəman Koroğlu Rəhimovun adını daşıyan küçədir. Çünki bu küçəyə H.Əliyev və Babək prospektlərindən axan nəqliyyat vasitələrindən əlavə, həm də Yusif Səfərov küçəsindən güclü axın var. Ən çox tıxac da adətən bu küçədə yaranır. Səhər də, axşam da.
Aşağıdan yuxarı -«Gənclik» istiqamətinə gedən nəqliyyat vasitələrinin böyük bir qismi isə Həsən Əliyev küçəsinə deyil, metronun «Gənclik» stansiyası (Fətəli Xan Xoyski küçəsinə daxil olmaq üçün) istiqamətinə getmək istəyir. Bu iki küçənin kəsişməsində isə yerüstü körpü-yol qovşağı vardır. Burada piyada keçidi olduğundan adətən orada Yol Polisi inspektorları dayanaraq piyadaların keçməsinə şərait yaradırlar. Bu mənzərə hər gün davam edir… Eyni zamanda, nəqliyyat vasitələrinin bir qismi, bəlkə də çox hissəsi isə Həsən Əliyev küçəsinə deyil, F.X.Xoyski küçələsinə dönmək üçün Yol Polisi inspektorunun işarəsini gözləyir, çünki Koroğlu Rəhimov küçəsinin həmin hissəsində qoşa xətt vardır, bu xətti kəsmək 3 bal və 80 manat cərimə ilə cəzalandırmadır! Üstəlik, həmin nöqtədə kamera quraşdırılıb, operator hər an şikarını gözləyir. İnspektorlar isə adətən burada olmur və tıxac Təbriz küçəsindən başlayır…
Bəs nə etməli? Hesab edirik, Rəhimov və Xoyski küçələrinin qeyd etdiyimiz kəsişmə nöyqtəsində piyada keçidi olduğundan burada həm də qoşa xəttin üzərinə sola dönmə işarəsi qoyula bilər. Bununla da həm inspektorlar nəqliyyatın nizamlanmasına süni cəlb edilmədən, sürücülər isə məcburi dönmə etdiklərinə görə 80 manat cərimə olunmaqdan azad edilərlər.
Təklif bizdən, tədbir görmək isə dövlətin aidiyyəti qurumlarından!
A.Məmmədli