Belqradın mərkəzindəki məktəbdə yeniyetmə həmyaşıdlarına atəş açıb, polis onu saxlayıb.
Tezadlar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Polis bütün mövcud patrulları göndərib, dərhal gəlib və bu məktəbin şagirdləri və təhlükəsizliyi istiqamətində atasının tapançasından bir neçə dəfə atəş açmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan yeddinci sinif şagirdini saxlayıb", - hüquq-mühafizə orqanı bildirib.
Daxili İşlər Nazirliyi əlavə edib ki, hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində polisin işi yerindəcə davam edir.
“Veçerne Novosti” qəzetinin daha əvvəl xəbər verib ki, 14 yaşlı yeniyetmə səhər saat 09:00 radələrində (Bakı vaxtı ilə 10:00) Belqradın mərkəzindəki orta məktəb binasına daxil olaraq həmyaşıdlarına atəş açıb. Nəticədə, məktəbin mühafizəçisi hadisə yerində ölüb, müəllimlərdən biri xəsarət alıb. Bundan başqa, məktəbin bir neçə şagirdi də yaralanıb.
E.ŞİRİNOV